Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxanana sisteminin təqdimatı olacaq

Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxanana sisteminin təqdimatı olacaq
# 27 noyabr 2013 10:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Noyabrın 28-də Muzey Mərkəzində Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxanana sisteminin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sistem nazirliyin sifarişi ilə hazırlanıb: “Hazırda Azərbaycanda müxtəlif pərakəndə kitabxana sistemləri fəaliyyət göstərir ki, bu sistemlər arasında inteqrasiya və onlara müasir standartlara cavab verən yanaşma mövcud deyil. Kitabxana proseslərini və oxucularla münasibətləri avtomatlaşdıran və sadələşdirən, digər dünya kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulub”.

Nazirlikdən bildiriblər ki, Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxanana sisteminin elementləri müasir “Oracle” platforması üzərində “Ultra” şirkəti tərəfindən hazırlanıb. Sözügedən sistemin pilot layihə çərçivəsində artıq Bakı şəhərinin üç mərkəzi rayon kitabxanasında - Xətai MKS, Nərimanov MKS və Səbayel MKS-də tətbiq olunmasına başlanıb: “Azərbaycanın kitabxana sisteminin inkişafı naminə atılan bu addım milli kitabxana sistemimizin dünyanın ən qabaqcıl kitabxana sisteminə çevrilməsinə və dünya kitabxana sistemləri ilə inteqrasiyasına imkan yaradacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR