“Heydər Əliyev - mədəniyyətimizin hamisi” elektron məlumat bazası yaradılıb

“Heydər Əliyev - mədəniyyətimizin hamisi” elektron məlumat bazası yaradılıb
# 08 may 2013 10:10 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Heydər Əliyev - mədəniyyətimizin hamisi” elektron məlumat bazasının, “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin köməkçi göstəricisinin 3-cü cildinin təqdimatı keçirilib.

APA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov H.Əliyevin Milli Kitabxanaya gəlişindən, bura hədiyyə etdiyi kitablardan və kitabxananın inkişafında gördüyü işlərdən söhbət açıb.

Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov H.Əliyevin millətin rifahı və azadlığı uğrunda əldə etdiyi nailiyyətlər haqqında məlumat verib.

Daha sonra qonaqlar elektron məlumat bazası ilə tanış olub. Burada H.Əliyevin həyat və fəaliyyəti, kitabxana quruculuğundakı rolu öz əksini tapıb.

Tədbir “Heydər Əliyev milli kitabxanamızın memarıdır” mövzusunda təşkil olunan kitab sərgisi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR