Pakistan ordusu taliblərin mövqelərini bombalayıb

Pakistan ordusu taliblərin mövqelərini bombalayıb
# 21 yanvar 2014 09:33 (UTC +04:00)

Bakı – APA. Pakistan Hərbi-Hava Qüvvələri taliblərin Əfqanıstanla sərhəddə yerləşən mövqelərini bombalayıb.

APA – nın BBC-yə istinadən verdiyi məlumata görə, nəticədə 15 silahlı zərərsişləşdirilib.

Bu, Pakistan ordusunun son 5 ildə Şimali Vəziristan bölgəsində “Taliban” qruplaşmalarına qarşı ilk irimiqyaslı əməliyyatıdır.

Taliblərin mövqelərinin bombalanması bazar günü Şimali Vəziristanda 20 əsgərin ölümünə səbəb olan hücuma cavabdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR