Lənkəranda iki ailənin yaşadığı ev yanıb - VİDEO

Lənkəranda iki ailənin yaşadığı ev yanıb - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 00:19 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə, iyunun 27-də saat 23.00 radələrində rayonun İstisu qəsəbə sakinləri Adil Xanbəy oğlu Nağıyev və Şamama Sirab qızı Kərimovaya məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın əvvəlcə Şamama Kərimovanın ailəsinin yaşadığı evdən başlayıb. Daha sonra əhatə dairəsini genişləndirərək Adil Nağıyevin ailəsinin yaşadığı əraziyə keçib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Onların səyi nəticəsində yanğın lokallaşdırılmaqla onun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 189 kv.m olan evin 78 kv. m ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız hala düşüb.

Faktla bağlı FHN-nin Lənkəran rayon DYMH-də araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR