Bakıda 32 yaşlı kişi iki nəfəri döyüb

Bakıda 32 yaşlı kişi iki nəfəri döyüb
# 24 iyun 2014 07:42 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki nəfər 32 yaşlı kişi tərəfindən döyülüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdanov qardaşları küçəsi-4 ünvanının qarşısında qeydə alınıb.

1982-ci il təvəllüdlü Natiq Səlim oğlu Əsgərov aralarında yaranan münaqişə zəminində Bakı şəhər sakinləri, 1976-cı il təvəllüdlü Bəhram Rasim oğlu Səfərov və 1976-cı il təvəllüdlü Mahirə Səfər qızı Süleymanovanı döyüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR