Yeganə Salman: “Antisemitizmin çiçəkləndiyi bəzi ölkələrin fonunda 1918-ci ildə Azərbaycanda yəhudi nazirlər vardı” - FOTOSESSİYA

Yeganə Salman: “Antisemitizmin çiçəkləndiyi bəzi ölkələrin fonunda 1918-ci ildə Azərbaycanda yəhudi nazirlər vardı” - <span style="color: red;">FOTOSESSİYA
# 26 may 2014 08:24 (UTC +04:00)

Bakı - APA. İsrailin Netaniya şəhərinin mədəniyyət sarayında Azərbaycanın Respublika Gününə həsr olunmuş bayram konserti keçirilib. Tədbir iki ölkə arasında mədəni və dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (“Azİz”) tərəfindən təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, “Azİz” nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman tədbiri giriş sözü ilə açaraq Respublika Gününün tarixi haqqında qısa məlumat verib: “1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Respublikası müsəlman şərqində ilk demokratik respublika olub. Bu respublikanın parlamentində Azərbaycanda yaşayan bütün xalqlar və millətlər proporsional şəkildə təmsil olunmuşdu. Antisemitizmin çiçəkləndiyi bəzi ölkələrin fonunda Azərbaycanda yəhudi millətindən olan nazirlər vardı, parlamentdə sionist partiyası da təmsil olunurdu. Azərbaycan Demokratik Respublikasının cəmi iki il mövcud olmasına baxmayaraq, o, Azərbaycan xalqına azadlığı hiss etmək imkanı verdi. 70 il sonra – 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən qaytardı və bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uzun illər öncə əsası qoyulmuş bərabərlik, tolerantlıq, demokratiya ənənələrini davam etdirir”.

Bayram konsertində populyar duet “Bakı-Moskva” – Fərid Aloni və Sofi Liberman, şou balet qrupu, di-cey İsak çıxış ediblər. Bir vaxtlar Flora Kərimovanın ifasında məşhur olan “Sənsiz günlər” mahnısını konsert iştirakçıları alqışlarla qarşılayıb. Yəhudi şair Şaul Siman Tav mahnının sözlərini ivrit dilinə tərcümə edib və əsər konsertdə ivrit dilində səslənib.

Gənc azərbaycanlı müğənni Elvin Babazadənin çıxışı da alqışlarla qarşılanıb. O, Azərbaycan, rus, türk, yunan və ivrit dillərində mahnılar oxuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR