Əbülfəs Qarayev Şirvanda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Əbülfəs Qarayev Şirvanda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 noyabr 2013 10:14 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şirvan şəhərində vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Şirvan şəhər Mərkəzi Mədəniyyət Evində keçirilən qəbulda Şirvan şəhərindən, Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşlar iştirak edib.

Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin genişləndirilməsi, mədəniyyət müəssisələrinin, kinoteatrların maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi abidələrin təmiri və s. məsələlər yer alıb.

Nazir bəzi müraciətlərin yerindəcə həll olunması üçün konkret tapşırıqlar verib. Ə.Qarayev vətəndaşların xahiş, şikayət və təkliflərinin müxtəlif mövzu və sahələri əhatə etdiyini, onların hamısının diqqətlə nəzərdən keçiriləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR