BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib
# 19 avqust 2013 11:12 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ictimai-siyasi məsələlərin müzakirəsi çərçivəsində Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının Qəbələdə keçirilən zirvə toplantısının nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb və tədbir yüksək dəyərləndirilib. İdarə Heyəti Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Bakıya buraxılmamasını etirazla qarşılayıb. Bununla bağlı İdarə Heyətinin verdiyi bəyanatda bildirilib ki, Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların vətənidir və onların öz vətənlərinə maneəsiz gəlib-getmələrinə heç bir süni əngəl yaradılmamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR