Timoşenko etirazçıları Maydanı tərk etməməyə çağırıb

Timoşenko etirazçıları Maydanı tərk etməməyə çağırıb
# 22 fevral 2014 21:09 (UTC +04:00)

Bakı – APA. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko etirazçıları Maydanı tərk etməməyə çağırıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Timoşenko Maydanda əlil arabasında oturaraq çıxış edir.

“Sizə dağılışın deyən siyasətçilərə inanmayın. Hələ ki sizin bütün tələbləriniz yerinə yetirilməyib, bütün məsələlər həll olunmayıb siz Maydanı tərk etməməlisiniz”, deyə Timoşenko bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR