Bakıda yeni avtomobil yolunun tikintisinə hazırlıq gedir

Bakıda yeni avtomobil yolunun tikintisinə hazırlıq gedir
# 31 iyul 2013 12:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda Həsən Əliyev küçəsinin başlanğıcından Böyük Şor qəsəbəsində (Sabunçu rayonu ərazisi) tikilən Olimpiya Stadionuna qədər yeni avtomobil yolu çəkiləcək. Bunu «APA-Economics»ə açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, bu, Nazirliyin həyata keçirdiyi ən böyük layihələrdən biri olacaq: «Layihə Böyük Şor qəsəbəsində yeni avtomobil yolunun və yol ötürücüsünün tikintisini nəzərdə tutur. Bu yol Heydər Əliyev prospektinə paralel olacaq. Hava limanına qədər uzancaq bu yolun uzunluğu 20 km-dən artıq olacaq», - deyə N.Həsənov bildirib.

Qeyd edək ki, bu layihənin 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər başa çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR