Baş nazirin müavini Azərbaycanda ana və uşaq ölümü faktlarına münasibət bildirib

Baş nazirin müavini Azərbaycanda ana və uşaq ölümü faktlarına münasibət bildirib
# 06 may 2014 10:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ə. Əhmədov ana və uşaq ölüm ilə bağlı hadisələrdən təəssüfləndiklərini deyib. Bu hadisələrin hər birinin ciddi şəkildə araşdırıldığı və bununla bağlı müvafiq tədbirlərin görüldüyünü deyən Ə. Əhmədov əlavə edib ki, əgər kiminsə günahı ucbatından belə hallar baş verirsə, həmin şəxs cəzasını almalıdır: “Bu gün prezident İlham Əliyevin tələbi ondan ibarətdir ki, Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın, ana-uşaq ölümü kimi hallar baş verməsin və bu cür hallar aradan qaldırılsın. Ümumiyyətlə, Azərbaycan əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşdırılsın. Bizim məqsədimiz bundan ibarətdir. Azərbaycanda hər bir vətəndaşın yüksək səviyyəli tibbi xidmətlə təmin olunmaq hüququ var.

Səhiyyənin infrastrukturu yeniləşib, Azərbaycanda dünya standartlarına uyğun səhiyyə müəssisələri istifadəyə verilib. İndiki halda bizim qarşımızda duran əsas məsələ odur ki, səhiyyə xidmətinin keyfiyyəti yüksəlsin, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlsin. Hər bir azərbaycanlıya ölkəmizdə yüksək səviyyədə səhiyyə xidməti göstərilsin ki, Azərbaycandan kənara müalicə üçün gedənlər olmasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR