Bakıda iki sərnişin avtobusu toqquşub

Bakıda iki sərnişin avtobusu toqquşub
# 30 iyun 2014 07:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda iki sərnişin avtobusu toqquşub.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksində qeydə alınıb.

96 saylı və 82 saylı xətt üzrə hərəkət edən ”Daewoo” markalı sərnişin avtobusları toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR