Bakıda dəmir yolları arasında qorunmamış yüklərə görə zərərin ödənilməsi haqqında iddia müşavirəsi başlayıb - FOTO

Bakıda dəmir yolları arasında qorunmamış yüklərə görə zərərin ödənilməsi haqqında iddia müşavirəsi başlayıb - <span style="color: red;">FOTO
# 02 iyun 2014 08:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Bakıda MDB və Baltikyanı, eləcə də Gürcüstan dəmir yolları arasında qorunmamış yüklərə görə zərərin ödənilməsi haqqında mübahisəli işlərə baxılması üzrə iddia müşavirəsi başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, müşavirə iyunun 6-dək davam edəcək.

Toplantının birinci iş gününü giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları”nın Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev Azərbaycan polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində görülən işlər, “Şimal-Cənub” və “Bakı-Tbilisi–Qars” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində həyata keçirilən işlər haqqında danışıb. Sonra müzakirələr başlanıb.

Müşavirənin sonunda müvafiq protokol imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR