Balakəndə 21 yaşlı qadın intihara cəhd edib

 Balakəndə 21 yaşlı qadın intihara cəhd edib
# 23 iyun 2014 14:06 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayon sakini intihara cəhd edib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Mahmalar kənd sakini, 1993-cü il təvəllüdlü Fatma Nəsrəddin qızı Malahova hər iki qolunun bilək və dirsək nahiyələrinin kəsilmiş xəsarəti ilə xəstəxanaya daxil olub. Fatma Malahova ilə aparılan sorğu zamanı məlum olub ki, o, qolunu intihar etmək məqsədi ilə kəsib. Fatma Malahovaya tibbi yadım göstərilib, vəziyyəti orta-ağır hesab edilir.

Balakən RMX-dan APA-ya bildirilib ki, Fatma Malahova evlidir və 3 yaşında bir övladı var. Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR