Ukraynada silahlı şəxslər atışmadan sonra Kramatorsk şəhər milis şöbəsini ələ keçiriblər

Ukraynada silahlı şəxslər atışmadan sonra Kramatorsk şəhər milis şöbəsini ələ keçiriblər
# 13 aprel 2014 00:40 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, hücum edən şəxslər özlərini “Donetsk Xalq Respublikası”nın Slavyan batalyonunun döyüşçüləri adlandırıb. Agentlik yerli əhalinin onların hərəkətlərindən narazı olduğunu qeyd edir.

Məlumata görə, inzibati binaya hücum zamanı silahlı şəxslər və milis əməkdaşları arasında atışma baş verib. İlkin məlumata görə, hücum edənlər Kramatorsk milis şöbəsini “Kalaşnikov” avtomatlarından və “Makarov” tipli tapançadan atəşə tutublar.

Atışma zamanı bir nəfər yaralanıb. Onun hansı düşərgənin nümayəndəsi olduğu hələlik məlum deyil.

Məlumata görə, Krasnıy Liman rayonunda milis əməkdaşları şöbədə mövqe quraraq silahlıların hücumunu gözləyir.

Slavyansk şəhərində isə zəbt olunan milis şöbəsindən ələ keçirilmiş silahlar şəhərin meydanında yerli sakinlərə paylanılır. Məlumata görə, əsasən kriminal elementlər və narkomanlar silahlandırılır.

Yerli sakinlərin sözlərinə görə, yerli milis şöbəsinə və Təhlükəsizlik Xidməti idarəsinə hücumu birbaşa Rusiya hərbçiləri həyata keçirib, hadisə yerində olan yerli silahlı sakinlər isə əməliyyatı sadəcə pərdələyiblər.

Bundan başqa, Ukrayna Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası ələ keçirildikdən sonra, Rusiya hərbçiləri UTX əməkdaşlarını bir neçə saat dindirib.

Silahlı şəxslər arasında olan mənbə bildirib ki, onların qarşısına Rusiya qoşunları üçün Slavyansk-Krasnıy Liman-Rovenki marşrutu üzrə “yaşıl dəhliz” yaratmaq tapşırığı qoyulub. Lakin silahlıların rəhbərləri bu məlumatı hələlik təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR