Qətldə təqsirləndirilən şəxslərə hökm oxunub

Qətldə təqsirləndirilən şəxslərə hökm oxunub
# 17 oktyabr 2014 08:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Knyaz Knyazlı və soyuq silah saxlamaqda təqsirli bilinən Yusif Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, K. Knyazlı 10 il, Y. Məhərrəmov isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Y. Məhərrəmov həmin cəza müddətini istintaq və məhkəmə dövründə bitirdiyindən məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə ötən il avqustun 30-da metronun “Xətai” stansiyası yaxınlığında baş verib. Hadisə zamanı Ceyhun Maqsudova bıçaqla xəsarət yetirilib.

Faktla Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanıb. C. Maqsudov isə bıçaqlandıqdan 3 gün sonra xəstəxanada dünyasını dəyişib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən və axtarışda olan K. Knyazlı və Y. Məhərrəmov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR