Gürcüstanda regional və infrastruktur naziri istefa verib - YENİLƏNİB

Gürcüstanda regional və infrastruktur naziri istefa verib - <span style="color: red;">YENİLƏNİB
# 21 aprel 2015 18:25 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan regional inkişaf və infrastruktur naziri istefa verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə nazirliyin məlumatında bildirilir. Məlumatda qeyd olunub ki, nazir David Şavliaşvili baş nazirə istefa ərizəsini təqdim edib. Məlumatda David Şavliaşvilinin bu qərarının onun səhhətindəki problemlərlə bağlı olduğu bildirilir.

APA-nın məlumatına görə, David Şavliaşvilinin istefasını qəbul edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili onun yerinə həmin nazirlikdə nazir müavini vəzifəsində çalışan Nodar Cavaxişvilini yeni nazir təyin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR