“Dərs” bədii filminin təqdimatı keçirilib

“Dərs” bədii filminin təqdimatı keçirilib
# 08 may 2015 07:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Dərs” bədii filminin təqdimatı olub.

APA-nın məlumatına görə, təqdimat mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, məktəbli uşaqlardan bəhs edən film Azərbaycan kinosunda yeni səhifədir. Nazirin sözlərinə görə, yay tətilləri zamanı Bakıda və bölgələrdə filmin kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.

Mərasimdə çıxış edən filmin rejissoru Rafiq Əliyev uşaqlarla işləməyin çətin, amma maraqlı olduğunu deyib. Rejissor dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına minnətdarlığını bildirib.

Ekran əsərinin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər. Uşaqlardan əlavə, ekran əsərində Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları da rol alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR