Hacıqabulun Abdulabad kəndində yeni tikilmiş tibb məntəqəsinin açılışı olub

Hacıqabulun Abdulabad kəndində yeni tikilmiş tibb məntəqəsinin  açılışı olub
# 01 fevral 2013 12:56 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı – APA. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Hacıqabulun Abdulabad kəndində yeni tikilmiş tibb məntəqəsinin açılışı olub. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şuşuke Vatanabe, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Məntəqənin tikilməsində məqsəd Abdulabad kəndi və ona qonşu olan digər 2 kənd sakinlərinə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Məntəqənin xidmətindən faydalanacaq şəxslərin sayı 7000 nəfəri əhatə edir. Layihənin ümumi dəyəri 115 min ABŞ dollarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR