Azərbaycan dizel və təyyarə yanacağının ixracını artırıb

Azərbaycan dizel və təyyarə yanacağının ixracını artırıb
# 01 aprel 2015 14:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin mart ayında 119 382 ton dizel yanacağı ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 51,7% çoxdur.

Ötən ay ölkədə 31 341 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin mart ayı ilə müqayisədə 2,7 dəfə çoxdur.

Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində 284 609 ton dizel yanacağı ixrac edilib ki, bu da 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 17,1% çoxdur.

Bu il ərzində 63 811 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 82,6% çoxdur. Həmçinin 178 ton soba mazutu ixrac edilib.

Bu ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 592,36 dollar, təyyarə yanacağının - 539,78 dollar, dizel yanacağının - 509,47 dollar, 1% kükürdlü mazutun qiyməti 306,38 dollar təşkil edib.

Qeyd edək ki, 2014-cü ilin yanvar-mart ayları ərzində 383 ton avtomobil benzini edilmişdirsə, bu ilin ilk 3 ayı ərzində SOCAR tərəfindən benzin ixracı həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR