Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti Bakıda baş verən yanğınla əlaqədar başsağlığı yayıb

Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti Bakıda baş verən yanğınla əlaqədar başsağlığı yayıb
# 19 may 2015 15:49 (UTC +04:00)

Bakı-APA. Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyəti (AQHMC) Bakıda baş verən dəhşətli yanğın hadisəsi ilə bağlı başsağlığı verib.

AQHMC-nin İdarə Heyətindən APA-ya verilən məlumata görə, cəmiyyətin yaydığı başsağlığında deyilir: “Ölənlərin yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verir və xəsarət alanlara şəfa diləyirik. Cəmiyyət aidiyyatı strukturları və müvafiq orqanları ölkə başçısının şəxsi nəzarətinə götürdüyü bu hadisənin güzəştsiz istintaqının aparılmasına çağırır və gələcəkdə bu cür hadisələrin təkrar olunmaması, təhlükəsizliyin qorunması üçün daha ciddi tədbirlər görüləcəyini gözləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR