Afinada daha bir sakin özünü yandırıb

Afinada daha bir sakin özünü yandırıb
# 14 aprel 2013 01:29 (UTC +04:00)

Bakı-APA. Afinanın şimalında özünü yandıran naməlum kişi xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident şəhər əhalisinin zəngin təbəqəsi yaşayan, mitinqlərdən və etiraz aksiyalarından kənar olan Vrilissiya rayonunda baş verib. Təxminən 35 yaşlı bir kişi üzərinə yandırıcı maye tökərək od vurub. İnsident şahidləri polis və həkimlərə xəbər verib. Xəstəxanaya aparılarkən o həkimlərdən ona ölməyə imkan vermələrini xahiş edib. Bədəninin 80 faizi yanmış şəxsin üzərində şəxsiyyətini təsdiqləyən heç bir sənəd olmayıb. Onun vəziyyəti ağırdır.

Xatırladaq ki, 2012-ci ilin noyabrında həmin rayonda 20 yaşlı işsiz qız özünü yandıraraq intihar edib. Yunanıstanda kəskin böhran səbəbindən gənclər arasında işsizliyin səviyyəsi 60 faiz təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR