Azərbaycanlı futbolçu Rumıniya klubuna keçə bilər

Azərbaycanlı futbolçu Rumıniya klubuna keçə bilər
# 14 fevral 2013 09:05 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının futbolçusu Elhad Nəziri şərəfini qoruduğu “Milsami” (Moldova) klubunun düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı müdafiəçi Rumıniyanın “Petrolul” komandasına yollanıb.


Belə ki, “neftçilər” millimizin futbolçusunu baxışa dəvət ediblər.

Antalyada təlim-məşq toplanışında olan “Milsami”nin düşərgəsindən “Petrolul”a yollanan Nəziri artıq yoxlama matçında meydana çıxıb. “Petrolul”un baş məşqçisi Kosmin Kontra müdafiəçini Çernoqoriya “Zeta”sı ilə yoldaşlıq görüşündə sınayıb.

Bu qarşılaşmaya start heyətində çıxan Nəziri 74-cü dəqiqədə əvəzlənib. Oyun isə rumınların qələbəsi ilə başa çatıb – 4:1.

Qeyd edək ki, Elhad “Milsami”yə keçməzdən əvvəl də Rumıniya klublarından birində baxışda olsa da bəyənilməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR