Yunanıstanda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanda 5,7 bal gücündə zəlzələ olub
# 29 avqust 2014 10:40 (UTC +04:00)

Bakı - APA. Yunanıstanda zəlzələ 5,7 bal gücündə olub.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, zəlzələ paytaxt Afinadan 128 km cənubda yerin 112 km dərinliyində qeydə alınıb. Təkanlar paytaxt Afinada hiss olunub. Ölən və yaralananlar haqqında hələ ki məlumat verilməyib.

Qeyd edək ki, 1999-cu ildə Afina yaxınlığında baş verən 5,9 bal gücündə zəlzələ zamanı 143 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR