Erməni əsgərin təhvil verilməsi zamanı qarşı tərəfin təxribatının qarşısı alınıb

Erməni əsgərin təhvil verilməsi zamanı qarşı tərəfin təxribatının qarşısı alınıb
# 18 noyabr 2015 11:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası erməni hərbçinin təhvil verilməsi barədə məlumat yayıb.

Komissiyadan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 22 mart 2015-ci il tarixdə könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olmuş erməni hərbçi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi 18 noyabr 2015-ci il tarixdə azad edərək qarşı tərəfə qaytarıb.

Humanitar proses zamanı əvvəlcədən əldə edilmiş razılığa baxmayaraq, erməni tərəfindən prosesdə iştirak edən şəxslərin videoçəkiliş apardığı aşkar edilib. Bununla bağlı Dövlət Komissiyasının əməkdaşları BQXK-ya müraciət edib və videoçəkilişin aparılmasının qarşısı alınıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR