Görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyaziyə həsr olunan “Rast. Niyazi” sənədli filminin təqdimatı keçirilib

Görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyaziyə həsr olunan “Rast. Niyazi” sənədli filminin təqdimatı keçirilib
# 18 dekabr 2014 19:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ xalq artisti Niyaziyə həsr olunan “Rast. Niyazi” sənədli filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istehsal olunan filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb.

Filmin çəkilişində Niyazinin mənzil-muzeyinin fond materiallarından istifadə olunub.

Filmin bədii rəhbəri Eldar Quliyev və ssenari müəllifi İntiqam Qasımzadə çıxış edərək ekran əsəri və Niyazinin həyatı, yaradıcılığı haqqında danışıblar. E. Quliyev qeyd edib ki, film Niyaziyə həsr olunduğu üçün ona daha doğmadır.

Filmin rejissoru Nonna Müzəffərova, operatoru Yuri Varnovski, icraçı prodüseri Əlibala Rəhimovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR