Bakıda IV Milli filateliya sərgisi keçiriləcək

Bakıda IV Milli filateliya sərgisi keçiriləcək
# 28 oktyabr 2014 08:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Noyabr ayının 7-də Bakıda “Bakıfilekspo-2014” IV Milli filateliya sərgisi keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) “APA-Economics”ə verilən məlumata görə, reqlamentə uyğun olaraq sərgidə müsabiqələr filateliya, numizmatika və ədəbiyyat dərəcələrində keçiriləcək.

Filateliya sərgisinin qonaqlarına Azərbaycan tarixinin önəmli səhifələrinə həsr olunmuş bir neçə maraqlı kolleksiya və bu sahədə dərc olunmuş yeni kitablar təqdim olunacaq. IV Milli filateliya sərgisi üçün xüsusi hazırlanmış zərfdə xatirə ştempelin vurulması mərasimi keçiriləcək. Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi sərginin birinci iş günü keçiriləcək.

Sərginin işi müddətində “Azərmarka” şirkəti və “Num.az” MMC-nin köşkləri fəaliyyət göstərərək, kolleksiyaçılara və sərginin qonaqlarına filateliya və numizmatika üzrə aksesuarların satışını təşkil edəcək.

Qeyd edək ki, RYTN-nin “Azərmarka” şirkəti və Azərbaycan Filatelistler İttifaqının (AFİ) təşkilatçılığı ilə keçirilən 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş sərgi noyabrın 8-də başa çatdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR