Bakıda axtarışda olan şəxslər tutulub

Bakıda axtarışda olan şəxslər tutulub
# 26 mart 2013 09:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə-APA. Bakıda axtarışda olan şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Niyaz Zeynalov və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində eyni maddə ilə axtarışda olan Bakı şəhər sakini Zəhra Əliyeva tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR