Ukraynada hərbi vəziyyət tətbiq edilməyəcək

Ukraynada hərbi vəziyyət tətbiq edilməyəcək
# 28 avqust 2014 20:49 (UTC +04:00)

Bakı-APA. Ukrayna ölkənin şərqindəki vəziyyətlə bağlı hərbi vəziyyət tətbiq etməyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının spikeri Andrey Lısenko bəyan edib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının avqustun 28-də keçirdiyi təcili iclasında hərbi vəziyyət tətbiqi məqsədəuyğun hesab edilməyib.

Bu, həm də onunla bağlıdır ki, hərbi vəziyyətin tətbiqi Ali Radaya növbədənkənar seçkiləri mümkünsüz edir. Ukraynada növbədənkənar parlament seçkiləri oktyabrın 26-na təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR