Kerri: «Suriyadakı vəziyyət qlobal fəlakətə çevrilir»

Kerri: «Suriyadakı vəziyyət qlobal fəlakətə çevrilir»
# 19 mart 2013 04:47 (UTC +04:00)

Bakı-APA. «Suriya prezidenti öz xalqına qarşı raket, təyyarə, tanklardan istifadə etdikdə İordaniya, Livan və Türkiyəyə qaçan insanların sayı getdikcə artacaq. Bu artıq qlobal fəlakətə çevrilir», deyə ABŞ dövlət katibi Con Kerri Avstraliya XİN başçısı Bob Karla görüşdən sonra bildirib.

APA-nın məlumatına görə, Kerri ABŞ prezidenti Barak Obamanın Suriya liderinin planlarına mane olmaq fikrində olduğunu bəyan edib.

«Hazırda Əsəd iranlılardan, «Əl-Qaidə» ilə bağlı bəzi elementlərdən, «Hizbullah»dan və Rusiya vasitəsilə gələn yardımı alır. Bu vəziyyət suriyalılar, bölgə və bütövlükdə dünya üçün təhlükə ola bilər», deyə dövlət katibi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR