«Fitch Ratings» agentliyi «Access Bank»ın xarici valyutada uzunmüddətli reytinqini «BB+» səviyyəsində təsdiq edib

«Fitch Ratings» agentliyi «Access Bank»ın xarici valyutada uzunmüddətli reytinqini «BB+» səviyyəsində təsdiq edib
# 01 fevral 2013 14:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanda fəaliyyət göstərən «Access Bank» QSC-nin xarici valyutada uzunmüddətli reytinqini «sabit» proqnozla «BB+» səviyyəsində təsdiq edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, reytinqin təsdiqlənməsi «Fitch»in bankın təsisçiləri tərəfindən banka dəstəyin verilməsi ehtimalının orta kimi qiymətləndirdiyini əks etdirir. Bankın təsisçiləri sırasında Almaniya İnkişaf Bankı (KfW), Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının olması xüsusi ilə qeyd edilir. Agentliyin fikrincə, əgər bu dəstəyin verilməsi ehtimalı azalarsa və ya ölkənin suveren reytinqi endirilərsə, bankın reytinqi endirilə bilər. Lakin bu iki ssenarinin heç biri Agentlik tərəfindən gözlənilmir. Eyni zamanda, Agentliyin bankın reytinqinin yaxın zamanlarda yüksəldilməsi ehtimalı da məhdud qiymətləndirir.

Ümumilikdə, Agentlik bankın yaxşı xalis mənfəəti, möhkəm likvidliyi, aktivlərin yaxşı keyfiyyəti kimi müsbət amillərin mövcudluğunu da vurğulayır. Bildirilir ki, 2012-ci ilin sonuna vaxtı 90 gündən artıq keçmiş kreditlərin xüsusi çəkisi kredit portfelinin cəmi 0,7%-ni təşkil edir. Eyni zamanda qeyd olunur ki, kredit portfelinin genişlənməsi ilə paralel olaraq kiçik və orta sahibkarlıq sahəsindən olan borcalanlara verilən kreditlər üzrə nəzarət gücləndirilməlidir. Eyni zamanda, Agentlik bankın kapital formasında olan ehtiyatlarının kifayət qədər olduğunu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR