Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
# 06 iyul 2015 15:42 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslərdən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov özlərini ittiham üzrə qismən təqsirli biliblər.

Kamran Əzizov və Tural Məmmədov özlərini təqsirli bilməyiblər.

Məhkəmə iclası iyulun 13-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR