ADİU-da keçirilən “Sənaye və tələbə” layihəsinin qalibi məlum olub - FOTOSESSİYA

ADİU-da keçirilən “Sənaye və tələbə” layihəsinin qalibi məlum olub - <span style="color: red;">FOTOSESSİYA
# 08 dekabr 2014 09:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Sənaye ili” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilən “Sənaye və tələbə” layihəsi yekunlaşıb. ADİU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dörd mərhələdən ibarət müsabiqənin sonunda münsiflər heyətinin qərarı ilə Biznes inzibatçılığı fakültəsi qalib seçilib. Qalib komandaya diplom və 500 AZN pul mükafatı təqdim olunub. Biznes inzibatçılığı fakültəsinin təqdim etdiyi layihə 7-ci qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim ediləcək.


Universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihədə 12 fakültənin komandası iştirak edib. Komandalar ölkənin müxtəlif yönümlü sənaye sahələrini araşdıraraq hazırladıqları təqdimatları nümayiş etdiriblər. Sahələr üzrə mövcud problemlərin həlli ilə bağlı layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR