Skolari Braziliya millisindən kənarlaşdırıldı

Skolari Braziliya millisindən kənarlaşdırıldı
# 14 iyul 2014 08:49 (UTC +04:00)

Bakı – APA. Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari vəzifəsindən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Braziliya Futbol Konfederasiyası onunla müqaviləni yeniləməmək haqda qərar çıxarıb.

Millini tərk edən təkcə Skolari deyil. Onun başçılıq etdiyi bütün məşqçilər korpusu komandadan kənarlaşdırılıb. Buna Braziliyada keçirilən dünya çempionatının final mərhələsindəki uğursuz çıxışdır. Yarımfinalda Almaniyaya 1:7, III yer uğrunda matçda isə Hollandiyaya 0:3 hesablı məğlubiyyətlər baş məşqçinin postunda son qarşılaşmalar olub.

Qeyd edək ki, 2012-ci ilin noyabrında milliyə qayıdan Skolari bu müddətdə komandanı 29 matça çıxarıb. “Pentakampeonlar” bu görüşlərdə cəmi 4 dəfə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR