Azərbaycanla İran arasında iqtisadi məsləhətləşmələr olub

Azərbaycanla İran arasında iqtisadi məsləhətləşmələr olub
# 02 sentyabr 2014 07:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də bu ilin avqustun 6-da Bakıda keçirilmiş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış protokoldan irəli gələn məsələlərin icrası müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR