Avro Azərbaycan manatına qarşı ucuzlaşıb - VİDEO

Avro Azərbaycan manatına qarşı ucuzlaşıb - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 06:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün avqustun 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 17-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0003 manat və ya 0,03% artaraq 1,0488 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,006 manat və ya 0,5% azalaraq 1,1633 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR