Texasdakı partlayışdan sonra 60 nəfər itkin düşüb

Texasdakı partlayışdan sonra 60 nəfər itkin düşüb
# 19 aprel 2013 21:41 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatının Vest şəhərində gübrə zavodundakı partlayışdan sonra 60 nəfər itkin düşmüş sayılır. APA-nın məlumatına görə, bu barədə CNN xəbər yayıb.

Daha öncə Vest şəhərinin meri Tommi Muska partlayış nəticəsində 14 nəfərin həlak olduğunu bildirib.

Aprelin 18-də baş vermiş güclü partlayış 2,8 min nəfərlik Vest şəhərində 100-dək tikilini məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR