Türkiyədə terror hadisəsi nəticəsində bir əsgər şəhid olub, biri yaralanıb

Türkiyədə terror hadisəsi nəticəsində bir əsgər şəhid olub, biri yaralanıb
# 16 avqust 2015 08:58 (UTC +04:00)

Bakı-APA. Türkiyədə yenə də terror hadisəsi baş verib.

APA-nın "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, Türkiyənin Qars vilayətinin Kağızman və Digor qəsəbələri arasındakı ərazidə PKK terror törədib.

Terrorçuların yola basdırdığı mina partlaması səbəbindən bir əsgər şəhid olub, biri isə ağır yaralanıb.

Anadolu Agentliyi hadisədən sonra ərazidə keçirilmiş əməliyyat nəticəsində 3 terrorçunun da məhv edildiyini bildirib.

Bölgədə hava dəstəkli əməliyyatlar davam edir.

Qeyd edək ki, bununla da son 40 gündə Türkiyədə terror olayları nəticəsində şəhid olanların sayı 43 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR