Gədəbəydə "Mormor" su sexində yanğın olub

Gədəbəydə "Mormor" su sexində yanğın olub
# 09 iyul 2015 06:46 (UTC +04:00)

Bakı - APA. Gədəbəy rayonunun Mormor kəndində vətəndaşa məxsus, ümumi sahəsi 130 kv.m olan "Mormor" su sexinin dam örtüyünün yanar konstruksiyaları 86 kv.m sahədə və içərisində olan konveyer aparatı yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, su sexinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR