“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvana gətirilib

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvana gətirilib
# 27 aprel 2015 17:12 (UTC +04:00)

Bakı-APA. “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli aprelin 27-də Naxçıvana gətirilib.

APA-nın Azərtaca istinadən verdiyi məlumatına görə, məşəl əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanından “Duzdağ” mədəninə, oradan da “Əshabi-kəhf” ziyarətgahına aparılıb.

Hazırda birinci Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinin Koroğlu meydanına gətirilir. Məşəl Cəlil Məmmədquluzadə küçəsi ilə Heydər Əliyev Sarayının qarşısından Naxçıvan şəhərinin mərkəzi meydanına aparılacaq. Burada isə möhtəşəm Alov festivalı təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR