Azərbaycanda Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq

Azərbaycanda Beynəlxalq Gənclər Düşərgəsi təşkil olunacaq
# 14 avqust 2015 10:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Beynəlxalq Dağçılıq Federasiyası (UİAA) ilə birgə Azərbaycanda 16-23 avqust tarixlərində Beynəlxalq Gənclər Düşərgəsi təşkil edəcək. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, marşrutqurma və bələdçilik üzrə təşkil olunması planlaşdırılan Beynəlxalq Gənclər Düşərgəsi Qusarın Ləzə kəndində qurulacaq.

İdman qayayadırmanması sahəsində müəyyən təcrübəsi olan 50 nəfər yerli və xarici idmançı 1 həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnəcək. Eyni zamanda iştirakçılar Azərbaycanın təbiət gözəllikləri, ölkənin dağçılıq turizminin inkişafı perspektivləri və mövcud potensialı ilə yerində, əyani tanış olmaq imkanı qazanacaq.

Gürcüstan, İran, Türkmənistan, Macarıstan, Türkiyə, Dağıstan və Azərbaycandan olan düşərgə iştirakçıları üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq standartlı təlimçiləri tərəfindən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR