Gəncədə MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində treninq keçirilib - VİDEO

Gəncədə MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində treninq keçirilib - <span style="color: red;">VİDEO
# 18 avqust 2015 13:59 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsinə dair növbəti treninq keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, treninqdə 22 dairə seçki komissiyasının məsul şəxsləri, Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Avropa İttifaqının eksperti Kristofer Şildz iştirak edib.


Milli Məclisə seçkilərlə əlaqədar MSK-nın Avropa İttifaqı ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən treninqlərin mühüm əhəmiyyət daşıdığı və bu kimi tədbirlərin aşağı seçki komissiyaları üzvlərinin daha da maarifləndirilməsində xüsusi rol oynadığı vurğulanıb.

Bakıda avqustun 14-dən start götürən treninqlər Şirvanda sonra Gəncədə keçirilib. Treninq avqustun 19-dək davam edəcək. Treninqlərdə ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 aşağı seçki komissiyası rəsmisi iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR