İranda baş verən zəlzələ nəticəsində ən çox zərər Kuhesefid bölgəsinə dəyib

İranda baş verən zəlzələ nəticəsində ən çox zərər Kuhesefid bölgəsinə dəyib
# 16 aprel 2013 19:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Sistan və Bəlucistan vilayətində bu gün baş verən zəlzələ nəticəsində 12 nəfər yaralanıb, onlardan 8 nəfərə ilk tibbi yardım göstəriləndən sonra evə buraxılıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə vilayətin Fövqəladə Hallar Komissiyasından bildirilib. Təbii fəlakət nəticəsində ən çox zərər Kuhesefid bölgəsinə dəyib.

Qeyd edək ki, İranın Sistan və Bəlucistan vilayətində yerli vaxtla saat 10:44-də 7,5 bal gücündə, yerin 18 km dərinliyinə baş verən zəlzələnin episentri Sərvan şəhəri olub. Hadisə nəticəsində 40 nəfərin öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR