Azərbaycan bank sektorunun məcmu kapitalı 4,4 mlrd. manatı ötüb

Azərbaycan bank sektorunun məcmu kapitalı 4,4 mlrd. manatı ötüb
# 08 may 2015 09:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il aprelin 1-ə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalı 4 mlrd. 440,1 mln. manat təşkil edib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikada qeyd olunub.

Statistikaya əsasən, bu göstərici, mart ayının 1-ə olan göstərici ilə müqayisədə 3,7% çoxdur. Belə ki, fevral ayında bankların məcmu kapitalı 4 mlrd. 281,8 mln. manat təşkil edib.

Ötən ilin müvafiq dövrünə nisbətən isə bu rəqəm 24,33% artım deməkdir. Qeyd edək ki, 2014-cü ilin martında bankların məcmu kapitalı həcmi 3 mlrd. 571,3 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR