Bakı 2015 Avropa oyunlarının məşəli Saatlıda yandırılıb - FOTOSESSİYA

Bakı 2015 Avropa oyunlarının məşəli Saatlıda yandırılıb - <span style="color: red;">FOTOSESSİYA
# 06 may 2015 13:55 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Hacıqabul rayonundan sonra Saatlıya gətirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Saatlı şəhərində yerləşən bayraq meydanında qarşılanıb. Saatlıda məşəl estafeti saat 15:26-da start götürüb.

Məşəli qəbul edən Saatlı şəhər Əhmədbəyli kənd məktəbinin futbol məşqçisi Mirqiyas Qiyasov 10 həmkarı ilə birgə yürüşü Heydər Əliyev prospekti ilə davam etdirib. 2900 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev meydanına çatdırıblar. Burada Saatlı rayon Əllisoltanlı kənd məktəbinin müəllimi Vüqar Namazov məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik məşəli yandırıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra çempionu, güləş üzrə 11 qat region çempionu Namiz Cəfərov Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil alıb.

Yarışın rəmzi Saatlıdan Sabirabad rayonuna yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR