“Azərpoçt” xaricdən cəlb etdiyi krediti rentabelli fəaliyyəti hesabına qaytarmağa başlayıb

“Azərpoçt” xaricdən cəlb etdiyi krediti rentabelli fəaliyyəti hesabına qaytarmağa başlayıb
# 14 may 2015 12:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərpoçt” Dünya Bankından aldığı krediti artıq özünün rentabelliyi hesabına qaytarmağa başlayıb”.

APA-Economics”in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

“Artıq ikinci bir layihə üzrə danışıqlar aparılır ki, bu layihə həm infrastrukturunun yaxşılaşdırılması, həmçinin də mikro kreditlərin verilməsi üçün istifadə olunacaq. Hazırda bunun üzərində çalışırıq”, – deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR