BDU-nun professoru qızıl medala layiq görülüb - FOTO

BDU-nun professoru qızıl medala layiq görülüb - <span style="color: red;">FOTO
# 26 may 2015 08:34 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanov “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və fəxri diplomu ilə təltif edilib.


BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, həmin qurumun nümayəndələri və botanika kafedrasının əməkdaşlarının iştirakı ilə keçirilən təltifetmədə məlum olub ki, respublikada kifayət qədər tanınan və nüfuza malik olan “Avropa Nəşr Mətbuat Evi” vaxtaşırı elm, təhsil sahəsində fərqlənən görkəmli alimlərini qiymətləndirərək, qızıl medalla təltif edir. Elşad Qurbanov Azərbaycanda botanika elminin inkişafına verdiyi töhfələrlə fərqlənən alimlərdəndir və onun çoxşaxəli fəaliyyəti qurumun diqqətindən kənarda qalmayıb.

Qeyd edək ki, görkəmli florist kimi tanınan professor Elşad Qurbanovun rəhbərliyi ilə yüzlərlə magistr və fəlsəfə doktoru müdafiə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR