“YapıKredi Bank Azerbaijan”ın gəlirləri 35%-dən çox artıb

“YapıKredi Bank Azerbaijan”ın gəlirləri 35%-dən çox artıb
# 21 iyul 2014 10:32 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 2014-cü ilin II rübündə “YapıKredi Bank Azerbaijan”ın aktivlərinin həcmi 344,808 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,86% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin 6 ayında bankın kredit portfeli 42,34% artaraq 246,708 mln. manat olub. O cümlədən hesabat dövründə istehlak kreditlərinin həcmi 90,649 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 37,57% çoxdur. Son 1 ildə avtomobil kreditlərinin həcmi isə 2,6% artaraq 18,594 mln. manata çatıb.

Hesabat dövründə ipoteka kreditlərinin həcmi 7,890 mln. manat təşkil edib ki, bu da 2013-cü il iyulun 1-nə nisbətən 2,23 dəfə çoxdur.

Bu ilin yanvar-iyun aylarında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 2,43 dəfə artaraq 8,768 mln. manat olub.

2013-cü ilin II rübü ilə müqayisədə bu ilin eyni dövründə bankın depozit portfeli 35,88% artaraq 258,422 mln. manata çatıb. Bu dövrdə əhalinin əmanətlərinin həcmi 44,037 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 38,69% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 3,37% artaraq 63,236 mln. manat təşkil edib, nizamnamə kapitalı isə dəyişməyərək 46 mln. 810,7 min manat olub.

Bu ilin 6 ayında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 35,09% artaraq 23,194 mln. manat, xərcləri isə 25,08% artaraq 18,531 mln. manat təşkil edib.

Hesabat dövründə bank 3 mln. 516,54 min manat mənfəət əldə edib.

Hazırda bankın ölkə üzrə 13 filialı, 26 bankomatı, 2 678 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR