Qənirə Paşayeva: “İşğalçı Ermənistan təmsilçisinin AŞPA-da insan haqlarından danışmaq haqqı yoxdur”

Qənirə Paşayeva: “İşğalçı Ermənistan təmsilçisinin AŞPA-da insan haqlarından danışmaq haqqı yoxdur”
# 02 oktyabr 2014 19:31 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistan nümayəndə heyətinin üzvü Aprine Hovhannisyanın AŞPA-nın iclasında çıxışına cavab olaraq deyib.

Qeyd edək ki, bu gün AŞPA-nın iclasında çıxış edən Aprine Hovhannisyan bütün çıxışını Azərbaycanın əleyhinə yönəldib. Yalan, qərəzli məlumatlar və ittihamla çıxış edən Ermənistan nümayəndəsi Azərbaycanda insan haqları ilə də bağlı qərəzli fikirlər səsləndirib. Müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistan nümayəndə heyətinin üzvünün çıxışına kəskin etirazını bildirib: “Təəssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvü bütün çıxışını Azərbaycana həsr edərək yanlış, qərəzli məlumat və fikirlər səsləndirib. Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan Ermənistanın təmsilçisinin bu Assambleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdur. Bir milyon azərbaycanlını öz evindən qaçqın və məcburi köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkilinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur”.

Qənirə Paşayevanın sözlərinə görə, işğalçı bir ölkənin, bir milyon insanın haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı yoxdur və çox gülünc görünür: “Ermənistan nümayəndə heyətinin üzvü Aprine Hovhannisyan bunlardan danışsa daha yaxşı olardı. Yaxşı olardı ki, o, yalan, qərəz dolu məlumatlarla bütün çıxışını Azərbaycana həsr etməkdənsə öz ölkəsində insan haqlarının vəziyyətindən və ümumiyyətlə ölkəsindəki vəziyyətdən danışaydı. Avropa Şurası, Parlament Assambleyası da daxil olmaqla çox sayda beynəlxalq təşkilatlar Ermənistanı insan haqlarının tapdalanması da daxil olmaqla çox məsələlərdə tənqid edirlər. Ermənistan millət vəkili Hovhannisyan onlardan danışsa daha yaxşı olardı. Onun Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təssüf edirik ki, onlar bu kimi addımlara əl atırlar”.

Qənirə Paşayeva AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb: “Ermənistan AŞ qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb. Heç bir addım atmayıb. AŞPA 1416 saylı qətnamə qəbul edib amma Ermənistan bu günə kimi bu qətnaməni yerinə yetirməkdən imtina edir. Ona görə də AŞPA artıq Ermənistanın bu addımlarına öz sərt münaibətini bildilməli, ona qarşı sərt addımlar atmalıdır. Öz evinə dönə bilıməyən və insan haqları işğalçı Ermənistan tərəfindən tapdalanmaqda davam edən azərbaycanlı qaçqın və məcburu köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR