Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə yarışı keçirilib

Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə yarışı keçirilib
# 06 aprel 2015 08:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə aprelin 4-5-də yeniyetmə və gənclər arasında keçirilən idman dırmanması üzrə növbəti “Ümid-1” yarışı keçirilib.

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hər il “ClimBaku” idman dırmanması mərkəzində keçirilən ənənəvi yarışda Federasiyanın “Ekosport”, “Salavat”, “AMEAST”, “Qərb Universiteti”, “FHN”, “Şahdağ”, “Caspian”, “Qax”, “Babadağ”, “Şahdağ Kompleksi”, “Qafqaz”, “Memarlıq”, “Gənclik”, “İrəli Extrim”, “Aviasiya”, “Climb club”, “Rock Stone”, “Kəmərqaya”, “Daşkəsən”, “Gəncə”, “Zirvə”, “Black Stone” və “AMA” klublarının idmançıları iştirak edib.

İki gün davam edən yarışda qaliblərə Kubok, medal və diplomlar təqdim olunub.

Komandalararası yarışda ümumi nəticələrə görə “Qafqaz” komandası I, “Qərb Universiteti” komandası II, “Salavat” komandası isə III yerə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR